Dam örtüyü materialı seçəndə və alanda tez-tez “Dam örtüyü materialı neçəyədir?” sualı ilə qarşılaşırıq. Bu məqalədə çalışacağıq ki, “hər kvadrat metrin qiyməti” necə hesablanır, izah edək.

Bunun üçün əvvəlcə siz dam örtüyü materialının seçimini müəyyən etməlisiniz. Bu, elastiki kirəmit, keramik kirəmit, dam örtüyü şisti(slanec), metalkirəmit, kompozitli kirəmit və s. ola bilər.

Müxtəlif növ dam örtüyü materiallarının öz dam örtüyü konstruksiyası olduğu üçün dam örtüyü materialını seçmək məsələsini evin layihələndirilməsi zamanı seçmək daha yaxşı olar. Bu da materialların öz çəkilərinə görə və quraşdırma üsuluna görə olan fərqlərdir. Məsələn, elastiki kirəmit keramik kirəmitdən 5-6 dəfə yüngül olduğuna ğörə ona bütöv oturacaq lazımdır. Keramik kirəmit üçün isə gücləndirilmiş çatı(stropil) sistemi və müəyyən addımla qurulmuş şəbəkə(kirəmitin növündən aslıdır) lazımdır. Nəzərə almaq lazımdır ki, keramik kirəmit kimi qiymətli materialların bəzi növləri təchizatçının anbarında həmişə olmadığı üçün onu əvvəlcədən sifariş vermək lazımdır. Bəzən çatdırılma müddəti 2 aya qədər uzana bilər. 

Həmçinin, dam örtüyü materialının rəngini, örtüyünü, modelini və istehsalçısını seçmək lazımdır. Bu məqam da dam örtüyünün ümumi qiymətinə təsir göstərəcək. Bizə müraciət etsəniz, əməkdaşlarımız sizin istəklərinizə və evinizin damına uyğun material seçməkdə sizə kömək göstərəcəklər və dam örtüyünün quraşdırılması üçün zəruri material və əlavə elementlərin miqdarının dəqiq hesabını aparacaqlar və düzgün qurulması üçün məsləhət verəcəklər. Hər bir dam fərdidir (individualdır) və onun qiymətini dam örtüyünün təqdim olunan layihəsi əsasında dəqiq hesablamalardan sonra və ya mütəxəssisin obyektə (ölçü planını götürmək üçün) baxışından sonra demək olar. Bu qiymətə dam örtüyünün öz qiymətindən başqa örtük təchizatı və örtük konstruksiyasının əlavə elementlərinin də qiyməti daxil olacaq. Dam nə qədər mürəkkəb olsa, ona daha çox elementlər və örtük təchizatı lazım olacaq. Bununla bağlı olaraq dam örtüyünün kvadrat metrinin qiyməti artır. Eləcə də mürəkkəb damda materialın “kəsiklərinə” də əlavə israf nəzərə alınmalıdır. Bəzi dam örtüyü materiallarının mürəkkəb quruluşlu damları üçün belə məsrəf 50%-ə çata bilər.

Dam örtüyünün mürəkkəbliyi mail örtüyün sayı və həndəsi forması ilə müəyyən olunur. 1-dən 4-ə qədər sayı olan dam örtüyü sadə örtük sayılır, 4-10 arasında orta mürəkkəb, sayı 10- dan yuxarı olanlar  isə mürəkkəb dam örtüyü sayılır. Bir mailli (ən çox eyvan və səkilərin, məişət tikililərinin, anbarların tikintisi zamanı istifadə olunur) və ikimailli damlar ən sadə damlar hesab olunur.

Dam örtüyü sisteminin təchizatına aşağıdakı əlavə elementlər və ləvazimatlar (dam örtüyü materialının konstruksiyasından və növündən aslı olaraq) daxildir:

-tinlik(konyok) elementləri;
-karniz, külək plankaları;
-divara və borulara bitişdirmə elementləri;
-örtükaltı havalandırma elementləri (aerator);
-keçid elementləri (antena, kanalizasiya çıxışları və s. );
-bərkitmə elementləri;
-təhlükəsizlik və qartutucu elementlər;
-çıxıntıların alt hissələrinin bağlanması üçün elementlər və materiallar;
-dekor elementləri və dam örtüyünün bəzədilməsi;
-istilik izolyasiyası, hidroizolyasiya, buxar izolyasiyası (mansard dam örtüyünün qızdırılması üçün);
-taxta konstruksiyalı elementlər (çatı sistemi, şəbəkə);
-mansard pəncərələri;
-nov sistemi elementləri.

Dam örtüyünün son qiyməti dam örtüyü materiallarının qiyməti ilə dam örtüyü aksesuarlarının, ləvazimatların və əlavə elementlərinin qiymətinin cəmindən ibarət olacaqdır.

Dam örtüyü işlərinin də qiymətini nəzərə almaq lazımdır. Adətən, montajın qiyməti materialın qiymətinin 50-100%-ni təşkil edir və örtüyün sahəsindən, damın hündürlüyündən və mürəkkəbliyindən, obyektin uzaqlığından və s. faktorlardan aslıdır.

Siz mütləq yadda saxlamalısınız ki, ayrı-ayrı xidmətlər üçün kvadrat metr material deyil, dam örtüyü materialı əldə edirsiniz. Buna görə də, dam örtüyünün dəyərini zəruri materiallar, çatdırılma və montaj da daxil olmaqla kompleks qiymətləndirmək lazımdır.

Sonda dam örtüyü materialların alınması zamanı lazım olacaq bir neçə məsləhət vermək istərdik:

Dam örtüyü materialında və əlavə materiallarda qənaət etməyin. Material nə qədər ucuz olsa, onu tezliklə dəyişdirmək ehtimalı da böyükdür. Bahalı dam örtüyü düzəltdirmək yenisini tikdirməkdən yaxşıdır. Belə də ola bilər ki, ucuz material baha qiymətə, və əksinə alınar. Hər hansı bir elementə qənaət, və yaxud onun istifadəsinə etiraz, xoşagəlməz nəticələrə  (sızma, kondensatın əmələ gəlməsi) gətirib çıxarır.

Dam örtüyünün bütün konstruksiyalarını birlikdə alın. Ucuz materialların axtarışına çox vaxt sərf olunur. Müxtəlif yerlərdən sifariş verməklə, siz çatdırılmaya əlavə vəsait xərcləyəcəksiniz, axı materialı bir anbardan gətizdirmək, müxtəlif anbarlardan gətizdirməkdən  daha ucuzdur. Daha bir məqam-orijinal əlavə materialları istifadə edərək, istehsalçıdan materiala qoyulan zəmanətdən azad ola bilərsiniz. Sonda məsrəflər qənaətlə nisbətdə daha çox olacaq. Həmçinin, bir çox dam örtüyü şirkətləri kompleks çatdırılmaya endirimlər edirlər.