Mansard mərtəbəsini işıqlandıran mənbələr qismində ənənəvi üfiqi pəncərələr, həmçinin 15-900 mailli damlarda quraşdırılan xüsusi hazırlanmış mansard pəncərələr istifadə oluna bilər

> Damın bir meylində eynizamanda həm mansard pəncərə, həm də adi pəncərə quraşdırıla bilər.

Mansard mərtəbəsi üçün pəncərə seçimində tövsiyələr:

  • Üfiqi pəncərələr adətən bina fasadının üslubunu qoruyub saxlamaq üçün istifadə olunur, bununla yanaşı onların ümumi uzunluğu dam səthinin yarısının uzunluğundan böyük olmamalıdır;
  • Mansard pəncərələr dam səthinin əsas hissəsidir, buna görə də onların sayı, ümumi eni və damda yerləşdirilməsi məhdudlandırılmır.

Mansard pəncərələrin ölçüləri və yerləşdirilməsi aşağıdakı kimi olmalıdır: pəncərə oyuğunun yuxarısı döşəmə səthindən iki metrdən aşağıda olmamalıdır, və pəncərədə oturan adamın baxış şüasının  görünüş sektoru

açıq pəncərədən 150-dən az olmamalıdır.    

                            Mansard pəncərələrin xüsusiyyətləri

Mansard pəncərədən təbii işıqlanma yaşayış sahəsi boyunca bərabər yayılır və bununla da işıqlanmayan yan hissələr olmur. Ənənəvi pəncərələrlə müqayisədə mansard pəncərələri oyuğun kiçik sahəsindən tələb olunan miqdarda işığı buraxır. Təcrübədə mansard pəncərənin sahəsinin mansard mərtəbəsinin döşəməsinin sahəsinə nisbəti (1:10nisbəti) təyin olunmuşdur, yəni insanın normal həyat fəaliyyəti üçün evin hər 10m2 sahəsinə minimum 1m2 pəncərə sahəsi lazımdır. Mansard pəncərələri təbiət  təsirlərindən tam qorunmanı təmin edir, onlar ən pis şəraitə uyğunlaşırlar və bütün iqlim zonalarında uğurla istifadə olunurlar. Onlarda enerjiyə qənaət edən şüşəpaketlərdən istifadə olunur,  xüsusi çüşələrin istifadəsi isə pəncərənin izolyasiya xassələrini yaxşılaşdırır və rütubətliliyi çox olan müəssisədə pəncərənin “tərləməsinin” qarşısını alır. Şüşəpaketlərdəki şüşələr mexaniki gərginliyə və zərbələrə qarşı möhkəmdirlər. Günəşdənqoruma ləvazimatları isti havada da komfortlu şərait yaratmağa kömək edir.

Dam örtüyü pəncərələrinin açılma sistemi qutunun asma laylarından aslıdır. Orta dönüşlü açılan pəncərələr ən çox yayılmışdır.  Tutacaq həm aşağıda, həm də yuxarıda yerləşdirilə bilər. Kombinasiya edilmiş açılmalı pəncərələr mövcuddur ki,  onlar həm ortadan, həm də yuxarıdan(aşağıdan yuxarı) açıla bilərlər. Yaşayış yerinin havalandırılması üçün pəncərəni bir neçə vəziyyətdə fiksə etmək olar, pəncərələr bağlı olduqda isə  təbii havalandırmanı təmin etmək üçün xüsusi havalandırma(ventklapan) qurğusu olan pəncərə modelləri də vardır.

Pəncərələrin taxta elementləri (qutu və çərçivə) bayır hissədən  ətraf mühitin təsirlərinə dayanıqlı olan polimer örtüklü aluminium astarların koməyilə xarici təsirlərdən qorunur. Mis dam örtüyü üçün misdən hazırlanan xüsusi  okladlar (haşiyə) buraxılır. Bütün mansard pəncərə istehsalçıları müxtəlif növ dam örtüyü materialları (hamar və ya profillənmiş) üçün bir neçə oklad növləri  işlənib hazırlanmışdır. Onlar nəinki qoruma funksiyasını yerinə yetirir, həm də pəncərənin səthindən yağış sularını süzüb aparır. Kombinasiya edilmiş okladlar hamar dam örtüyünə imkan verir ki, pəncərələri qrup halında birləşdirsin: üfiqi, şaquli, kombinasiya edilmiş.

Mansard pəncərələr üçün xüsusi aksesuarlar buraxılır:

  • Ştorki (pərdələr) – otağa işığın düşməsini nizamlayır.
  • Jalüz (günəşlik) – otağa düşən günəş işığının istiqamətini və miqdarını təmamilə nəzarətdə saxlamağa imkan verir. Qıraq tərəfdən onlar istiliyi əks etdirən örtüyə malikdirlər ki, bu da qışda istini saxlamağa və yayda onun daxil olmasını azaltmağa kömək edir. Günəşin otağı qızdırmaması üçün  jalüzün istiliyi əks etdirən üzünü bayır tərəfə çevirirlər, istiliyi saxlamaq üçün isə otağın içinə tərəf çevirirlər.
  • Markizet (tül) – günəşdən qorunmaq üçün ən effektiv vasitədir. O günəş şüaları şüşəyə düşməmişdən onları yayaraq (səpərək) evə daxil olan istininin miqdarını  65% azaldırlar. Bununla da  xırda tordan olan material baxışüçün şəffaf görünür və pəncərədən aşılan görüntüyə əsla xələl gətirmir. Markezit pəncərəyə xaricdən bərkidilir və içəridən asanlıqla idarə olunur.
  • Qaytan, mil və distansiyadan açma sistemi hündürdə yerləşən pəncərələri idarə etmək üçün istifadə olunur.

Sonda bir vacib momenti də qeyd etmək lazımdır-otkosların (çəplik) daxili işlərinin düzgünlüyü. Pəncərə altındakı çəpliyi (otkosları) şaquli, mansard pəncərələri altındakıları isə üfüqi yerləşdirmək lazımdır, bu isti havanın (istilik cihazları həmişə pəncərələrin altında yerləşdirilməlidir) zəruri dövriyyəsini təmin edir ki, bu da öz növbəsində şüşəpaketdə su buxarının kondensasiyasının olmamasına imkan verir. Pəncərə altlığı düzəltmək zərurəti varsa, onu hava üçün yarıq saxlayaraq və pəncərə çərçivəsinin tam açılıb-örtülmə imkanını nəzərə alaraq, divardan böyük olmayan məsafədə quraşdırmaq lazımdır.

Hal-hazırda mansard pəncərələri istehsalçılarının əsas ticarət nişanı Fakro-dur (Polşa).