Haqqımızda

“DAM” ANLAYIŞI HAQDA

Dam dedikdə – tikililərin xarici təsirlərdən qorunması məqsədilə istifadə edilən, binanın quruluş sisteminin özək elementlərindən olan, binanın həm zahiri görünüş, həm də keyfiyyətini səciyyələndirən örtük başa düşülür. 

Bu baxımdan sifarişçilər də, binanı layihələndirən memarlar da dam örtüklərinin seçilməsi və quraşdırılmasına xüsusi önəm verir. Təbii ki, damın quraşdırılması, tikintisi mərhələsində bir çox problemlərlə qarşılaşılır. Bu sahədə mütəxəssis olmayan birinin müasir dövr mövcud çoxsaylı təkliflər arasında düzgün seçim etməsi qəlizləşir.

Dam örtüyünün materialı, növü binanın layihəsindən, konstruksiyasından asılı olaraq müəyyən edilir.

Dam binanın yuxarı örtük kostruksiyasıdır, su və günəş izolyasiyası funksiyalarını yerinə yetirir, dayanıqlı olması ən vacib göstəricisidir.

Dam örtüyü damın ən üst qat elementidir və binanı hər cür ətraf mühit təsirlərindən qoruyur.

 Birskat – Bu damlar öz axıntılı konstruksiyası ilə müxtəlif səviyyədə olan xarici divarlara dayanır. Bu cür damlar əksərən eyvan və artırma tikili üzərində, məişət tikililəri, anbar və saxlanclarda istifadə olunur.
  İkiskat – ən çox yayılmış klassik konstruksiya hesab edir. Həmçinin sivri uclu (şiştəpəli) dam örtüyü də deyilir. Damın asma karkaslı və ya maili karkaslı növləri vardır.
  Piramida damın bütün rampaları bərabərtərəfli üçbucaq şəklində bir nöqtədə birləşir. Ən önəmli faktoru simmetriklikdir. Əsasən kvadrat və ya bərabərtərəfli çoxbucaqlı şəklində tikililər üçündür.
  Paket – dörd rampalı olur: iki rampa trapes formalı, digər ikisi isə üçbucaq formasındadır.
  Çox bucaqlı – belə damlar çoxbucaqlı və mürəkkəb formaya malik evlər üzərində quraşdırılır. Bu növ damlarda rampalar tez-tez kəsişdiyi üçün quraşdırılması daha qəlizdir, yüksək ustalıq tələb edir.
  Mansard – çardağın həcmini genişləndirmək üçün rampaları müxtəlif bucaq altında birləşdirilir: aşağı hissə iri olur, yuxarı hissədə isə rampalar az meyilli (kor bucaq altında) birləşdirilir.
  Yastı damlar – daha çox mülki və sənaye tikintisində istifadə edilir. Əsasən hissəli dam örtüklərindən istifadə olunmur. Zəruri materialları – bütöv örtük əmələ gətirən bitum, bitum-polimer, polimer materiallar və mastikadır. Örtük tempratur və mexaniki deformasiyaya tab gətirmək üçün kifayət qədər elastik olmalıdır. Səth hissədə istiliyədavamlı plitələrdən istifadə olunur.

Struktur:

Evin damı bir neçə elementdən ibarətdir:

Maili hissələr, yəni yastı sipərlər – bunlara rampalar da deyilir (1) və əsas olaraq karkas və reykalardan (3). Reyka ayaqlarının aşağı sonluqları möhkəm pilətəyə dayanır. (4) Rampaların kəsişməsi maili (12) və üfüqi tirlər yaradır. Üfüqi tirləri haşiyə adlandırırlar (5). Rampaların kəsişmə yerlərində nov (6) əmələ gəlir. Dam örtüyünün binanın divarları üzərindən kənara çıxan hissələri karniz adlanır. 

Su dam örtüyünün üzərindəki kanallarla novalçaya, ordan boruya və sonda kanalizasiyaya axır.

DAM NÖVLƏRİ:

Müasir tələblərə uyğun dam üçün zəruri tələblər özündə böyük miqdarda sənədlər toplusunu ehtiva edir, bu sənədlərin bir qismi köhnəlsə də, qüvvədən düşməyib.

Keyfiyyətli, dayanıqlı və zahirən xoşagəlimli damların əldə olunması üçün dam örtüyünün bütün materiallarına xüsusi diqqət tələb olunur. Bura örtüyün əsas materialları olan soba borularının çıxdığı yerlər, istifadə olunmuş mismarlar, karkas və s. daxildir.

Bu baxımdan mütəxəssislər dam örtüyünün sadalanan bütün lazımı elementlərini vahid komplekt şəklində eyni bir istehsalçıdan alınmasını məsləhət görürlər.

Layihələndirilmə işi müvafiq icazələri olan layihə büroları və şəxsi arxitektorlar tərəfindən aparılmalıdır. Mütləq olaraq evin hazırlanmış yekun layihə planı içərisində dam örtüyünün də konstruksiyası bütün detalları ilə göstərilməlidir. Həmçinin quraşdırılma işi də mütəxəssislərə-professionallara etibar edilməlidir.

Bütün bu peşəkarlıq isə yalnız ixtisaslaşmış dam örtüyü firmaları ilə birləşdiyi halda gözlənilən yüksək nəticəni verə bilər.

Bizim təklif etdiyimiz dam örtükləri müasir, fərqli və mürəkkəb konfiqurasiyaya malikdirlər. Müştərilərin maraq və istəklərini nəzərə alaraq, yüksək keyfiyyətli, müasir avadanlıq və peşəkar heyətlə son dəbə uyğun işlər təqdim edirik.

Blog Gönderisi Başlığı

Bir blog gönderisinde neler yer alır? Faydalı ve sektöre özgür içerikler yer alır ve bu içerikler, 1) okuyuculara işe yarar bilgiler sunar ve 2) sektörünüzde uzman olduğunuzu gösterir.

Şirketinizin blog yazılarını kullanarak sektörle ilgili güncel konulara dair fikirlerinizi paylaşın, şirketinizi kişiselleştirin, ürünlerinizin ve hizmetlerinizin insanlara nasıl yardımcı olacağını gösterin.